“Real”dan Məsut Özil açıqlaması: Söz-söhbətlərə son qoyuldu
14 Sentyabr 2013 02:59 İdman"Real" "Arsenal"a transfer olunan Məsut Özilin atasının Madrid klubunun prezidenti Florentino Peres haqda səsləndirdiyi fikirlərə reaksiya verib.
Publika.Az xəbər verir ki, bir müddət öncə İspaniya mətbuatında Peresin Məsutun peşəkar olmadığını, qadınlarla daha çox vaxt keçirdiyini deməsi barədə yazı dərc olunmuşdu.
Məsutun atası isə klub prezidentini şərəfsiz adlandırmış və onu məhkəmə ilə hədələmişdi. La Liqa nəhəngi rəsmi saytından açıqlama yayaraq Peres və ya başqa bir klub təmsilçisinin Məsutla bağlı heç bir fikir söyləmədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31