“İnter” gürcüstanlı məşqçisini qovdu!
13 Sentyabr 2013 20:46 İdman"İnter" seleksiyaçı məşqçisi Aleksandr Rexviaşvilini komandadan uzaqlaşdırıb. Apasport.az saytının əldə etdiyi xəbərə görə, gürcüstanlı məşqçi işinin öhdəsindən gələ bilmədiyi üçün klubdan göndərilib.
Belə ki, onun yay "transfer pəncərəsi" dönəmində gətirdiyi legionerlərin səviyyəsi klub rəhbərliyini qane etməyib. Hazırda 6 oyuna cəmi 1 qələbə qazanması Rexviaşvilinin gətirdiyi futbolçuların səviyyəsindən xəbər verir.
Qeyd edək ki, 2005/06 mövsümündə qısa müddət "Bakı"nın futbolçusu olmuş Aleksandr Rexviaşvili "İnter"də ötən ilin yayından etibarən işləyirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31