AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninə müraciət edəcək

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb.
Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğu üçün FİFA-nın qərarı ilə qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Qeyd edək ki, oyun "Bakcell Arenada" keçiriləcək. Bununla əlaqədar olaraq, AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31