Qaret Beyl iddialı danışdı: ""Real" qalib olmağa məcburdur"
13 Sentyabr 2013 12:52 İdman"Real"ın yeni transferi Qaret Beyl Çempionlar Liqasındakı rəqibi olan Türkiyənin "Qalatasaray" klubu haqqında danışıb. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına açıqlama verən uelsli yarımmüdafiəçi sentyabrın 17-də İstanbulda baş tutacaq ilk görüşün çətin keçəcəyini deyib.
Beyl "Qalatasaray"ın qalib gəlmək üçün meydana çıxacağını bildirib: "Hər bir klub "Real"a qalib gəlmək istəyər. "Qalatasaray" da bu oyunda qalibiyyət üçün meydana çıxacaq. Çox çətin qrupda yer almışıq. Buradan lider çıxmaq üçün əlimizdən gələni edəcəyik. "Real" kimi klublar hər turnirdə, hər oyunda qalib olmaq məcburiyyətindədir. Ona görə də biz ancaq Çempionlar Liqasını deyil, bütün kubokları qazanmaq istəyirik".
Qeyd edək ki, F qrupunda "Real"la birgə "Yuventus" (İtaliya), "Qalatasaray" (Türkiyə) və "Kopenhagen" (Danimarka) klubları mübarizə aparacaq.