Ueyn Runi həftəsonu məşqləri bərpa edəcək

İngiltərənin "Mançester Yunayted" klubunun başından zədə alan hücumçusu Ueyn Runi həftəsonu komanda ilə məşqləri bərpa edəcək və İngiltərə çempionatında "Mançester Siti" ilə oyuna çıxacağı mümkündür. Bu barədə Trend Britaniya KİV-ə istinadən məlumat verir.
"Mançester Siti" ilə oyun çempionatın beşinci turu çərçivəsində sentyabrın 22-də keçiriləcək.
Xatırladaq ki, Runi sentyabrın 1-də komanda yoldaşı Fil Consonla toqquşaraq zədələnmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31