Arda Turan: "Futbolun bəhanəsi olmaz"
11 Sentyabr 2013 19:25 İdmanFutbol üzrə Türkiyə millisinin kapitanı Arda Turan, Ruminıya üzərində qazanılan 2:0 hesablı qələbədən sonra iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Atletiko"nun ulduz futbolçusu qazandıqları qələbədən sonra daha da ruhlandıqlarını, "DÇ-2014"-ə qatılmaq üçün sona qədər mübarizə aparacaqlarını elan edib. O bildirib ki, Türkiyə millisi sərgilədiyi oyunla qrupun lideri olmağa tam layiqdir: "bizim itiridiyimiz xallar olmasaydı, indi Hollandiyadan da öndə idik. Amma artlq reallıq əsasında düşünməliyik. Futbolun bəhanəsi olmaz. Bundan sonrakı qalan iki qarşılaşmanı da qazanıb Dünya Çempionatına qatılmaq üçün rəqiblərimizin büdrəməsini gözləməliyik. Yenə də deyirəm, əzmkar mübarizəmizi sona qədər davam etdirmək şərti ilə."