“Azərbaycan və Lüksemburqdan güclü olduğumuzu düşünməyə haqqımız yoxdur”
11 Sentyabr 2013 14:43 İdman"Öz meydanımızda Lüksemburq və Azərbaycanla heç-heçə edəndə müəyyən təsəllim var idi". Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O'Nil deyib.
DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla oyunundakı 2:3 hesablı məğlubiyyətdən sonra təcrübəli mütəxəssis yetirmələrindən narazı qalıb.
Oktyabrın 11-də Bakıda Azərbaycan millisinin qonağı olacaq komandanın çalışdırıcısı özlərini qrupda heç kimdən güclü saymır: "Lüksemburqda baş tutan görüş mənim nə vaxtsa bağlı olduğum matçlar arasında ən bərbadı idi. İndi isə özümüzün Azərbaycan və Lüksemburqda güclü olduğumuzu düşünməyə haqqımız yoxdur. Çünki bunu meydanda sübut etmək lazımdır"
Qeyd edək ki, Avropa zonasının F qrupunda turnir cədvəlinin 2-ci yarısında qərarlaşanlardan Lüksemburqla Şimali İrlandiya hərəyə 6, Azərbaycan 5 xal toplayıb.