“Yuventus” yeni müqaviləyə hazırlaşır

"Yuventus" futbolçusu Arturo Vidalla müqavilə yeniləməyi qərara alıb. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatına açıqlama verən klubun idarə heyətinin üzvü Beppe Moratta deyib.

Moratto "Bavariya" və "Real"ıntransfer etmək istədiyi çilili yarımmüdafiəçini komandada saxlayacaqlarını bildirib: "Vidal kluba transfer olunduğunda hamı ona şübhə ilə yanaşırdı. Amma o burada özünü yaxşı tərəfdən göstərə bildi və komandaya çox faydalı oldu. Ona görə də, bu mükafata layiqdir. Avropanın digər böyük klubları onu transfer etmək istədi, amma yaxın günlərdə yeni müqavilə təklif edəcəyik. Bu anlaşma maddi cəhətdən də onun ürəyincə olacaq".

Qeyd edək ki, 26 yaşlı futbolçu 2011-ci ildə Almaniyanın "Bayer"(Leverkusen) klubundan "Yuventus"a transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31