U-19 növbəti dəfə qələbə qazandı
11 Sentyabr 2013 20:21 İdmanRusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Çernomorets" klubu ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 4:2 hesabı ilə yığmamzın xeyrinə başa çatıb. Rusiya təmsilçisinin qapısından topları Adil Nağıyev, Ruslan Nəsirli, Samir Məsimov və Namiq Ələskərov keçirib.
Xatırladaq ki, yığmamız toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda "Kuban" klubunun əvəzedici komandasına 5:2 hesabı ilə qalib gəlmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31