Əli Gökdəmir: 90 dəqiqə və cəza
10 Sentyabr 2013 19:31 İdmanMillimizin üzvü Əli Gökdəmir "Hannover 96"nın U-23 komandasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, o, "Şvarts-Vayss" klubu ilə qarşılaşmada forma geyib.
Meydan sahibi olan Rehden təmsilçisi hesabı açsa da, "Hannover 96"nın 2-ci komandası 9 dəqiqə sonra hesabı bərabərləşdirib. Görüş 1:1 hesabı ilə başa çatıb. Gökdəmir ilk dəfə yarımmüdafiənin hücuma yaxın nöqtələrində mübarizə aparıb. 90 dəqiqə forma geyən futbolçumuz 400 azarkeşin izlədiyi matçda 1 də sarı vərəqə alıb.
Qeyd edək ki, bu nəticədən sonra "Hannover 96" topladığı 8 xalla 9-cu pillədə qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31