Birinci Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
10 Sentyabr 2013 18:43 İdmanGənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 125-ci Sessiyasına səfəri çərçivəsində Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə edib. Nazirlikdən "OLAYLAR"-a verilən məlumata görə, görüşdə AOK-un prezidenti Patrik Hikki də iştirak edib. Səfər zamanı Azad Rəhimov London Olimpiya Oyunlarının baş icraçı direktoru lord Sebastyan Coe ilə də görüşüb. Görüş zamanı Birinci Avropa Oyunlarına hazırlıq işlərində London olimpiadasının uğurlu təcrübəsindən yararlanmaq və bu sahədə görülən işlər əsas müzakirə mövzusu olub. Nazir Azad Rəhimovun Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) prezidenti Canni Merlo ilə görüşü zamanı isə gələn il aprelin sonunda Bakıda təşkil ediləcək AIPS-in 77-ci konqresinə hazırlıq işləri müzakirə edilib.