Nani: "Qalatasaray" məni transfer etmək istəyirdi

İngiltərənin "Mançester Yunayted" futbol klubunun portuqaliyalı ulduz futbolçusu Luiş Nani, maraqlı açıqlamalartla çıxış edib. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl "qırmızı şeytanların" düşərgəsini tərk edərək başqa futbol klubuna keçəcəyi barədə danışılan, daha sonra isə, "Mançester Yunayted"lə daha 5 illik müqavilə imzalayaraq "dumanlı albiom"da qalan ulduz futbolçu, son vaxtlar yaşadıqlarını mətbuata anladıb. L.Nani xüsusi ilə komandadan ayrılmaq istədikdən sonra ciddi psixoloji gərginlik keçirdiyini etiraf edib. O bildirib ki, "Qalatasaray" "Tottenhem" və "Arsenal" ciddi şəkildə onu transfer etmək üçün təkliflər göndərsələr də, sonda baş məşqçi Daved Moyes onu komandada qalmağa razı sala bilib. Portuqaliyalı futbolçu bundan sonra bütün diqqətini "Mançester Yunayted"in uğurları üçün cəmləşdirdiyini dilə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31