Flavinyo: "Azərbaycan millisində inkişaf gedir"
10 Sentyabr 2013 20:56 İdman"Neftçi" PFK-nın futbolçusu Flavinyo milli komandanın İsrail yığması ilə oyunu barədə açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, millimizin güclü rəqiblə layiqli mübarizə apardığını qeyd edib: "İsrail - Azərbaycan oyununu izlədim. Milli komandanız güclü rəqiblə layiqli mübarizə apardı. Məncə, bu inkişafın əsas səbəblərindən biri də milli çempionatın səviyyəsinin yüksəlməsidir. Bunda müəyyən qədər biz legionerlərin də rolu var. Son oyunlar göstərir ki, Azərbaycan millisində inkişaf gedir. Bu, bütün ölkələrdə belədir. "Neftçi"nin heyətində çoxlu sayda gənc yerli futbolçular çıxış edir. Düşünürəm ki, onlar da gələcəkdə milli komandaya cəlb olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31