Tito Vilanova xərçəngdən tanınmaz hala düşdü
9 Sentyabr 2013 21:09 İdman"Barselona"dan səhhətindəki problemlər səbəbindən ayrılmaq məcburiyyətində qalan baş məşqçi Tito Vilanovanın müayinələrin ardından ilk görüntüsü yayımlanıb.
Publika.Az-ın verdiyi məlumata görə, qulaqaltı vəzi xərçəngindən əziyyət çəkən ispan mütəxəssis xanımı ilə "Barsa"nın B klubunun "El Prat"la oynadığı matçı izləyib.
Vilanovanın müayinədən sonra saçlarının töküldüyü və xeyli arıqladığı fotolarda öz əksini tapıb.
Qeyd edək ki, Tito 2012-ci ildə Pep Qvardiolanın komandadan ayrılamasındna sonra "Barselona"ya baş məşqçi təyin olunmuşdu.
O, iyul ayında xəstəliyi səbəbindən istefa vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31