Bekhemin oğlu "topçu" oldu
9 Sentyabr 2013 21:08 İdmanMəşhur ingiltərəli futbolçu Devid Bekhemin oğlu Romeo Londonun "Arsenal" komandasının futbol akademiyasına daxil olub. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 10 yaşlı Romeo "Arsenal"ın fanatıdır.
Məlumata görə, Romeo bazar günü sevimli komandasının matçına gedib, hətta "Arsenal"ın baş məşqçisi Arsen Vengerlə söhbət etməyə də vaxt tapıb.
A.Venger Romeoya arxasında adının yazıldığı futbolkanı hədiyyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31