Bernhard Lippert: "Sanki futbolçularımız verilən tapşırıqları dərk etmir”
9 Sentyabr 2013 20:57 İdman21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş İsrail - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert matçla bağlı fikirlərini səsləndirib. Siasport.az aytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Bu gün bizim ifamızda futbol adına heç nə görmədik. Oyunun axarını dəyişə biləcək futbolçu tapa bilmədik. İki əsas futbolçumuz milli komandanın heyətində oynadı və bu gün onların alternativi olmadı. Sözün doğrusu, hansısa oyuna bu dərəcədə hazırlaşmağımız yadıma gəlmir. Sanki futbolçularımız verilən tapşırıqları dərk etmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31