AFFA Almaniyadan 5 futbolçuya dəvət göndərdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-dan 19-dək Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq yığmamıza 21 futbolçu dəvət edilib.
Millidə ən böyük təmsilçilik "Qəbələ"dəndir - 6 oyunçu. 8 futbolçun isə ölkə xaricindən çağırılıb. Bunların 5-i Almaniya, 3-ü Rusiya klublarında çıxış edir.

Yığmamıza Moskva MOİK-indən də futbolçu çağırılıb: Ağaseyid Qasımov, Kamran Nəsirov (hər ikisi "Qarabağ"), Elməddin Məmmədov ("Neftçi"), Renat Ağaverdiyev, Umar Akmurzaev (hər ikisi "Bakı"), Bəhlul Mustafazadə, Fərid Əsədli, Roman Hüseynov, Emin Zamanov, Yusif Nəbiyev, Tural Məmmədrzayev (hamısı "Qəbələ"), Elnur Cəfərov ("Xəzər Lənkəran"), Fərid Kərimzadə ("Sumqayıt"), Elgün Uluxanov (MOİK, Rusiya), Şahban Cəbrayılov, İslamxan Hacıyasulov (hər ikisi "Anji", Rusiya), Şahin Tolga ("Ayntraxt", Almaniya), Yılmaz Berdan ("Hannover", Almaniya), Avan Sinan - "Ballspielvereyn" (Almaniya), Kama Benhür ("Darmstadt", Almaniya), Altın Ozan ("Koblenz", Almaniya)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31