Kaka: “Real”da futbol həyəcanımı itirmişdim
7 Sentyabr 2013 05:29 İdmanKral klubu "Real" dan keçmiş klubuna dönən braziliyalı futbolçu Rikardo Kaka yeni macəralara hazır olduğunu deyib. Publika.Az-ın məlumatına görə, dörd illik aradan sonra "Milan"a qayıdan Kaka, transferi ilə bağlı açıqlamalar verib. ""Real"da keçirtdiyim dörd il boyunca sürətli şəkildə meydana çıxa bilmədim. Buna səbəb isə zədələr oldu. Madrid klubunda futbol həyəcanımı itirmişdim. Amma indi davamlı futbol oynama şansı qazanmışam. Heç bir zədəm yoxdur" - deyə ulduz futbolçu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31