“Barselona” bir ulduzu ilə vidalaşır
7 Sentyabr 2013 01:19 İdman"Barselona" növbəti yay braziliyalı müdafiəçi Daniel Alveşi satmağı planlaşdırır. Klub rəhbərliyi 30 yaşlı futbolçu ilə müqavilə yenilmək niyyətində deyil.
Publika.Az xəbər verir ki, Alveşlə"Barselona"nın müqaviləsi 2015-ci ilin yayına qədər nəzərdə tutulub. Belə olan halda klub mövsümün sonunda futbolçu üçün gələn təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, Alveş ilə PSJ yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31