Luçesku "Yuventus"u "Real"dan güclü sayır
6 Sentyabr 2013 20:19 İdmanUkraynanın "Şaxtyor" futbol klubunun baş məşqçisi olan Mirça Luçesku, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi, İtaliyanın "Yuventus" futbol klubunun yeni mövsümdə UEFA Çempionlar Liqasının finalına qədər irəliləyəcəyinə inandığını elan edib. O, futbol üzrə son İtaliya çempionunun olduqca yüksək səviyyəli futbolçulara sahib olduğunu diqqətə çatdıraraq, "qoca sinyora"nın Çümpionlar Liqasında final oynayacağını bildirib: "Onlar Tevez kimi futbolçu ilə gücləndikdən sonra, "Yuventus"un hücum xətti qarşısıalınmaz hala gəlib. Nəinki "Qalatasaray"ın, heç "Real Madrid"in belə "Yuventus"a ciddi müqavimət göstərəcəyini düşünmürəm. İndi əsas komandanın ad-sanı yox, meydanda göstərəcyi oyundur."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31