Fərid Mansurov: "Güləş olimpiya oyunlarının sütunlarından biridir”
6 Sentyabr 2013 20:25 İdman"Ümid edirik ki, güləş olimpiya oyunlarının proqramında saxlanılacaq". Siasport.az saytının məlumatına görə, bu sözləri güləş üzrə olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti Fərid Mansurov deyib. O, güləşin olimpiadada önəmliliyindən danışıb: "Güləş bir çox müsbət amilləri özündə birləşdirən idman növüdür. Güləş ailəsini olimpiya oyunları daha da möhkəmləndirir. İlk Olimpiya Oyunları keçiriləndə proqrama 5 idman növü daxil edilmişdi ki, güləş də onlardan biridir. Bu isə o deməkdir ki, güləş olimpiya oyunlarının sütunlarından biridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31