Marçello Lippi legioner futbolçu alınmasının əleyhinədir

İtaliya yığmasının keçmiş baş məşqçisi Marçello Lippi ölkə çempionatında iştirak edən komandalarda legioner futbolçuların sayının ildən-ilə artması faktının italiyalı gənc futbolçuların inkişafına maneəçilik törətdiyini bildirib. Siasport.az saytının məlumatına görə, keçmiş baş məşqçi belə deyib: "Mən komandalarda gərəkli olan legionerlərin iştirakının əleyhinə deyiləm. Lakin futbolçunun digər ölkədən olduğuna görə alınmasının hec cür tərəfdarı ola bilmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31