Devid və Viktoriya Bekhemlərin oxşarları üzə çıxdı FOTO

Bunlar "Arsenal"a transfer olunan türk futbolçu Məsut Özil və ispaniyalı müğənni Mendi Kapristodur

Britaniya mediası İspaniya "Real" (Madrid) klubundan 42.5 milyon sterline İngilis Primyer liga komandalarından "Arsenal'a transfer olunan türk futbolçu Məsut Özillə yaxından maraqlanmağa başlayıb. ANS PRESS-in verdiyi məlumata görə, Məsutun Almaniyada popular müğənni olan sevgilisi Mendi Kapristo ilə münasibətləri Devid və Viktoriya Bekhemlər ailəsinə bənzədilir.
Almaniya televiziyalarından birində musiqi yarışmasında birinci yeri tutduqdan sonra dahada şöhrət qazanan Mendi və Mesut artıq bir ildir ki, birlikdədirlər.

Məsutun Londonda ev alacağı gözlənilir. 23 yaşlı sevilən müğənni Mendi Kapristo vətənində "Monrose" qrupundakı ifaları ilə məşhurlaşıb. Qrup 2011-ci ildə dağılandan sonra solo koryerasına başlamış Mendinin ilk albomu ötən il çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31