Danilo “Udineze” ilə yeni müqavilə imzaladı

29 yaşlı braziliyalı müdafiəçi Danilo İtaliyanın "Udineze" klubu ilə yeni müqavilə imzalayıb. Siasport.az saytının verdiyi xəbərə görə, müqavilənin müddəti 30 iyun 2018-ci il tarixinə qədər müəyyən edilib.
Qeyd edək ki, Danilo 2011-ci ildən "Udineze"də çıxış edir. O, ötən mövsümdə 32 matçda iştirak edib və 2 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31