Sreçko Katanets: Deyan Kelhar kifayət qədər inamlı təsir bağışladı
5 Sentyabr 2013 00:55 İdmanSloveniya millisinin baş məşqçisi Sreçko Katanets "Qəbələ"də çıxış edən həmyerlisi Deyan Kelhar haqda yüksək fikirdədir. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Albaniya ilə sentyabrın 6-dakı görüşünə hazırlaşan balkanlıların tanınmış çalışdırıcısı vətənində geniş müsahibə verib. Katanets "Qəbələ"nin mərkəz müdafiəçisi haqda da fikirlərini açıqlayıb.
Baş məşqçi komandanın kapitanı Bastian Sezarın yoxluğunun hiss olunmayacağını qeyd edib: "Kapitanın mövqeyində ya "Qəbələ"də çıxış edən Deyan Kelhar, ya da "Köln"ün şərəfini qoruyan Dominik Maro çıxış edəcək. Cinahlarda isə hər şey aydındır. Burada Branko İliçlə Sinişa Ancelkoviç oynayacaq. Kelhar Finlandiya ilə oyunumuzda kifayət qədər inamlı təsir bağışladı. Ən azı biz onu belə gördük".
Qeyd edək ki, Sloveniya - Albaniya oyunu Lyublyanada keçiriləcək.