Xavi Martines əməliyyat olundu
5 Sentyabr 2013 03:21 İdman"Bavariya" klubunun yarımmüdafiəçisi Xavi Martines dünən Münhendə yerləşən klinikalardan birində əməliyyat olunub. Siasport.az saytının verdiyi xəbərə görə, 25 yaşlı futbolçunun bərpa prosesinə bir neçə həftə vaxt tələb olunur. Martines avqustun 14-də İspaniya yığmasının tərkibində Ekvador millisi ilə keçirilən yoldaşlıq görüşündə zədə alsa da, UEFA superkubokunda "Çelsi" ilə keçirilən qarşılaşmada meydana çıxmış və bir qol vurmuşdu.
Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının D qrupunda MOİK-in (Moskva) rəqibidir. Komandalar ilk turda Münhendə üz-üzə gələcəklər (17 sentyabrda).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31