Yeni transferlər fərqləndi, Duqlas Leyte sıraya döndü
4 Sentyabr 2013 12:29 İdmanTopaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplantısı təşkil edən "Xəzər Lənkəran" dünən növbəti məşqini keçirib. Apasport.az satının məlumatına görə, "ağ-yaşıllar" dünən, sentyabrın 3-də saat 18:00-da axşam məşqinə çıxıb.
"Qəbələ" klubunun futbol akademiyasına məxsus meydançada baş tutan hazırlıq prosesi əsasən taktiki çalışmalardan ibarət olub və 1-saat 20-dəqiqə davam edib. Komandanın yeni transferləri olan braziliyalı Deyvid Sakkoni və ispanliyalı Eduardo Oriol məşq zamanı fəallıqları ilə seçiliblər. Son zamanlar zədədən əziyyət çəkən braziliyalı qapıçı Duqlas Leyte isə artıq sağalaraq fərdi məşqlərdən komanda ilə birgə məşqlərə keçib.
Qeyd edək ki, "Qafqaz Resort" otelində ötən gün ərzində də internet problemi həll olunmadığından komanda üzvlərinin ümumi narazılığı davam edib.