“Qalatasaray”dan növbəti müqavilə

"Qalatasaray" qapıçısı Aykut Ərçətinlə müqavilə yeniləyib Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.
Məlumatda bildirilib ki, İstanbul təmsilçisi ilə müqavilə müddəti başa çatan 30 yaşlı qolkiperlə bir illik anlaşma imzalanıb. Ərçətin 1 il üçün 500, hər oyuna görə, 12 min türk lirəsi qazanacaq.
Qeyd edək ki, 2003-cü ildən "Qalatasaray"ın şərəfini qoruyan Ərçətin ümumilikdə 73 oyunda iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31