Ramos: Mən olsaydım, Özili satmazdım
4 Sentyabr 2013 12:26 İdman"Real"ın futbolçusu Serxio Ramos sabiq komanda yoldaşı Məsut Özil haqqında danışıb. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi türk əsilli futbolçunun Madrid klubundan ayrılmasını dəyərləndirib.
"Məsut çox dəyərli futbolçu və komanda yoldaşıdır. Onunla aramızda səmimi münasibət var. Mən olsaydım, Məsutu satmazdım. Hətta ən son satacağın oyunçulardan biri olardı. Ancaq Ozil və klub öz qərarlarını verdi" - deyə, Ramos bildirib.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Özil 2 gün əvvəl 42,5 milyon avro qarşılığında "Real"dan "Arsenal"a transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31