Mourinyo: "Özil, tayı-bərabəri olmayan futbolçudur"

Portuqaliyalı baş məşqçi Joze Mourinyo türk əsilli futbolçu Məsut Özilin "Arsenal"a transfer olunmasına münasibət bildirib. Siasport.az saytının verdiyi məlumata görə, "Çelsi"nin baş məşqçisi əzəli rəqibləri sayılan "Arsenal"a transfer olan Özil haqda xoş sözlər deyib. O bildirib ki, belə bir futbolçunun satılması düzgün addım deyil: "Özil, tayı-bərabəri olmayan futbolçudur. Nəinki ona bərabər, heç ona bənzəyən oyunçu da tapa bilməzsiniz. Dünyanın ən güclü "10 nömrə"sidir. "Real"da hamı Özili bəyənirdi. Onu Zidan və Fiqu kimi bir futbolçu hesab edirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31