Bu yay ingiltərəyə gələn ilk böyük oyunçu
3 Sentyabr 2013 18:07 İdmanİngiltərə qəzetləri türk əsilli alman futbolçu Məsud Özilin "Arsenal"a transfer olunmasına geniş yer veriblər. "Guardian" qəzeti "Arsenal"ın artan maliyyə gücü sayəsində baş məşqçi Arsen Vengerin yay transferində böyük bir oyunçu transfer edəcəyinə söz verdiyini və bu sözünü Məsud Özilin transferi ilə həyata keçirdiyini yazır. Özilin İngiltərə Premyer Liqasında ikinci ən bahalı transfer olduğunu qeyd edən qəzet "Arsenal"ın forvarda ehtiyacı olmadığını bildirsə də "Özil kimi oyunçudan rahatlıqla imtina edilə bilməz" sözlərini yazır.
"İndependent" qəzeti "İki-üç gün əvvəl transfer mövsümündə İngiltərə Premyer Liqasına ən yaxşı oyunçunu "Arsenal"ın gətirəcəyini heç kim gözləmirdi" deyə yazıb. "İndependent"in məqaləsi bu cür davam edir: ""Mançester Siti" və "Totenhem"in də yaxşı oyunçular almasına baxmayaraq 24 yaşlı Məsud Özil bu yay İngiltərəyə gələn ilk böyük oyunçudur"("OLAYLAR" İA).