I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradıldı

2015-ci il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb. Lent.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. O bildirib ki, BEGOC adlanan şirkətin CEO-su və 14 müxtəlif istiqamət üzrə departamentləri var. Onlardan biri də mətbuat üzrədir. Nazirin sözlərinə görə, xarici mütəxəssisin başçılıq edəcəyi sektorda yerli və təcrübəli media nümayəndələrinin də yer alacaq: "Sentyabrın axırınadək bu qurum tam formalaşacaq, bütün cavabdeh şəxslər müəyyənləşəcək. Bu işlərə sizin də dəstəyinizi gözləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31