Dünyanın 10 ən bahalı transferləri SİYAHI
3 Sentyabr 2013 12:09 İdmanQaret Beylin "Real" Madridə keçidindən sonra futbol dünyasında yeni bir mövzu ortaya çıxdı. Bu da "dünyanın ən bahalı futbolçusu kimdir: Ronaldo, yoxsa Qaret Beylmi?" sualıdır. ANSPRESS dünya futbol tarixinə düşən bu transferdən sonra planetin futbol aləmində reallaşan 10 ən bahalı transferi sizə təqdim edir:
1. Kriştianu Ronaldu. Portuqaliyalı ulduzun Leonel Messini geridə buraxdığı statistik rekordlardan biri... Madridlilər vaxtilə bu futbolçunun transferi üçün "Mançester Yunayted"ə 100 milyon avro ödəmişdi. Bəzi mənbələr isə bu rəqəmin 91 milyon olduğunu bildirirlər.
2. Qaret Beyl. Bu keçidi də "Kral klubu" reallaşdırıb. İspaniyanın "As" qəzeti yazır ki, transfer madridlilərə 91 milyon avroya başa gəlib. İngiltərə mediası isə bu məbləğin 100 milyon avro olduğunu yazır
3. Zinəddin Zidan. Yaşayan əfsanə. Fransız əsilli futbolçu üçün "Real" rəsmiləri "Qoca senyora"ya 86,5 milyon avro ödəmişdilər.
4. Zlatan İbrahimoviç. Transfer olunduğu hər klubda çempionluq yaşayan oyunçu 72 milyon avro müqabilində "Milan"dan PSJ-yə keçib. O həmçinin 19 il sonra yeni klubunun çempion olmasında böyük pay sahibi olub.
5. Rikardo Kaka. Varlı ailədən olan braziliyalının futboldan gələn gəlirlərə o qədər də ehtiyacı olmasa da adını futbol tarixinə yazdırmağı bacarıb. 2009-cu ildə Madrid klubu onun komandaya cəlb edilməsi üçün 68,5 milyon avrosundan keçməli olmuşdu.
6. Edinson Kavani. Uruqvaylı futbolçunun qiyməti 64,5 milyon avro olub.
7. Luis Fiqo. 2000-ci ildə "Barselona"dan "Real"a 60 milyon avroya transfer edilmişdi. Həmin vaxt bu keçid böyük əks-səda doğurmuşdu. Çılğın "Barsa" azarkeşləri qarşı tərəfə keçərək ona etirazını bildirmək üçün donuz kəlləsi belə atmışdılar.
8. Radamel Falkao. 2013-cü ilin transfer çempionu olan "Monako" kolumbiyalı üçün 60 milyon avor ödəyib.
9. Fernando Torres. "Liverpul" ispaniyalı oyunçu 2011-ci ildə 58 milyon avroya satmışdı. "Çelsi"yə keçən futbolçu elə çətin günlərini yaşadı ki, gördüyü kartların sayı atdığı qolların sayından çox oldu.
10. Canlucci Buffon və Neymar. Bu sırada 2 futbolçu yer alıb. 2001-ci ildə "Yuventus" rəsmiləri "əlcək ustası" Buffonu kluba cəlb etmək üçün "Parma"ya 57 milyon avro ödəmişdi. Digər oyunçu Neymar isə "Barselona"ya "Santos"dan transfer olundu. O da 57 milyon avroya transfer olunub.