Rövnəq Abdullayev millimizə tövsiyələr verdi
3 Sentyabr 2013 11:49 İdmanAFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, AFFA-nın Futbol Akademiyasında baş tutan görüşdə R. Abdullayev sentyabrın 7-də İsrail millisi ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək yığmamıza uğurlar arzulayıb.O, komandamıza müəyyən tövsiyələr də verib.Qeyd edək ki, İsraillə oyun Ramat Gan şəhərindəki eyniadlı stadionda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31