Daha bir idmançımız dünya çempionu oldu
2 Sentyabr 2013 14:36 İdmanAlmaniyanın Duysburq şəhərində keçirilən avarçəkmə üzrə dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, idmançımız 1 nəfərlik qayıqla 200 metr məsafədəki yürüşdə hamıdan güclü olub. O, final yürüşündə finişə 38,462 saniyəyə çatıb. Bununla da, Valentin Demyanenko 4-cü dəfə kanoe üzrə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, Azərbaycanı bu yarışda 1 kayakçı və 6 kanoeçi təmsil olunub. Ümumilikdə, 78 ölkənin təmsil olunduğu, cəmi 30 ölkənin medal qazandığı dünya çempionatında yığma komandamız medalların əyarına görə 15-ci olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31