“Fənərbaxça”nın hücumçusuna 12 milyon avroluq təklif
“Nyukasl Yunayted”in seneqallı futbolçu üçün Türkiyə klubuna 12 milyon avroluq təklif göndərib
2 Sentyabr 2013 12:22 İdman"Fənərbaxça"nın seneqallı hücumçusu Musa Sou İstanbul klubunu tərk edəcək. ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, forvardı İngiltərənin iki klubu heyətində görməkdə maraqlıdır. Artıq "Nyukasl Yunayted"in seneqallı futbolçu üçün Türkiyə klubuna 12 milyon avroluq təklif göndərib.
"Fənərbaxça"nın "Sivasspor" üzərində böyük hesablı qələbəsində Ərsun Yanalın şans vermədiyi seneqallı futbolçunun İngiltərə klubuna keçib-keçməyəcəyinə iki gün ərzində aydınlıq gələcək. İngiltərədə yay transfer pəncərəsi sabah axşam bağlanır.
Qeyd edək ki, Musa Sounun "Fənərbaxça" ilə imzaladığı müqavilədə 17 milyon avro müqabilində sərbəst qalma maddəsi var. Bu baxımdan da İstanbul klubu "Nyukasl"ın 12 milyon avroluq təklifini artırmaq istəyəcəyi istisna deyil. "Fənərbaxça"nın avrokuboklardan iki il müddətinə uzaqlaşdırılması barədə CAS-ın (Beynəlxalq İdman Arbitraj Məhkəməsi) qərarından sonra ulduz futbolçular klubu tərk etmək niyyətlərini rəhbərliyə çatdırıblar.