“Qarabağ” Avropa Liqası ilə vidalaşdı

Gərgin mübarizə şəraitində keçən matç 2:1 hesabı ilə "Ayntraxt" klubunun xeyrinə başa çatıb

Bu gün Avropa Liqasının pley-off mərhələsinin növbəti oyunlari keçirilib.ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb.Ağdam təmsilçisi Almaniyada "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gəlib.Gərgin mübarizə şəraitində keçən matç 2:1 hesabı ilə "Ayntraxt" klubunun xeyrinə başa çatıb.Oyunda ilk qolu 10-cu dəqiqədə Meyer vurub, 58-ci dəqiqədə isə Reynaldo hesabı bərabərləşdirib (1:1), lakin 75-ci dəqiqədə İnui Alman klubunu irəli çıxartdı (2:1).İlk oyunda "Qarabağ" 0:2 hesabı ilə məğlub olub.

Beləliklə, iki oyun nəticəsində "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi ilə vidalaşdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31