UEFA qərar çıxardı: "Qarabağ" uduzsa da Avroliqanın qrup mərhələsinə düşə bilər

Bunun üçün təmsilçimizin bu gün atılacaq püşkatmada bəxti gətirməlidir

UEFA diskvalifikasiya edilmiş İstanbul klubu "Fənərbaxça"nı Avroliqanın qrup mərhələsində hansı klubun əvəzləyəcəyi ilə bağlı qərar çıxarıb.ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avroliqanın pley-off mərhələsində uduzaraq mübarizəni dayandıran klublar arasından püşk nəticəsində qrupda yerini tutacaq komandanın müəyyənləşdirilməsi qərara alınıb.Beləliklə "Ayntraxt"-"Qarabağ" cütü də də daxil olmaqla 30 cütdə uduzan komandalar püşkdə iştirak edəcəklər. Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə, bu gün "Ayntraxt"a məğlub olsa püşkatmada iştirak edəcək. Püşk sabah Bakı vaxtı ilə bu gün12:00-da atılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31