Dünya çempionatında qalmaqal: Ukrayna yerinə Rusiya himni çalındı

Ukrayna bayrağı Rusiya himninin sədaları altında havaya qalxıb

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında qalmaqal yaşanıb. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkədən olan düyna çempionu Anna Rizatdinovaya medalın təqdimetməsi zamanı Ukrayna bayrağı Rusiya himni çalınarkən havaya qaldırılıb.Bir neçə dəqiqədən sonra tamaşaçıların fiti musiqini kəsməyə məcbur edib. Qısa fasilədən sonra Ukrayna himni səsləndirilib.Xatırladaq ki, bədii gimnaskika üzrə dünya çempionatı avqustun 27-dən başlayıb və sentyabrın 1-ə kimi davam edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31