"Barselona" 11-ci dəfə İspaniya Superkubokunun qalibi olub
29 Avqust 2013 10:48 İdmanİspaniya Superkubokunun cavab oyunu keçirilib. Lent.az-ın Apasport.az -a istinadən məlumatına görə, həlledici görüşdə ötən mövsümün La Liqa çempionu "Barselona" "Kral Kuboku"nun qalibi "Atletiko" ilə üz-üzə gəlib.İlk oyunda meydandan 1:1 hesablı bərabərliklə ayrılan tərəflər cavab görüşündə qolsuz bərabərə qalıb. Bu nəticə "Barselona"ya tarixdə 11-ci dəfə İspaniya Superkubokunu qazanmağa imkan verib.
"Barselona" - "Atletiko" 0:0
İlk oyun - 1:1
Qırmızı vərəqə: F. Luis, 81, A. Turan, 90 ("Atletiko")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31