Con Toşak: "Bu qədər qol vəziyyətindən yararlana bilməməyimiz böyük bəxtsizlikdir"

"“Xəzər Lənkəran” tezliklə uğursuzluq zolağından, bəxtsizlikdən qurtulub inamla yoluna davam edəcək!”

"Neftçi" ilə oyunda komandamızın oyununu bəyəndim. Bu qədər qol vəziyyətindən yararlana bilməməyimiz çox böyük bəxtsizlikdir". ANS PRESS-in verdiyi xəbərə görə bunu klubun saytına verdiyi açıqlamada "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak bildirib.

Onun sözlərinə görə, bütün komanda qol vurmağa borclu idi: "Biz bir futbolçunun üzərinə düşüb "niyə bu qədər vəziyyəti qola çevirə bilmədin?" deyə irad bildirsək düzgün olmaz. Qolu vurmaq üçün bəzən müdafiəçilərimiz də irəli gedir. Deməli bütün komanda qol vurmağa borclu idi.

Hiss edirəm məni istəməyən azarkeşlər də var. Onlar irad bildirir, nəticə istəyirlər. Mən tam səmimiyyətimlə azarkeşləri haqlı sayıram. Çünki, onlar pul verib matçı izləməyə gəlir və nəticə istəyirlər. Ona görə də azarkeşi qınamağa haqqım yoxdur. Bununla belə komandamızın getdikcə daha yaxşı oyun göstərməsi bizim düzgün yolda olduğumuzu göstərir. İnanıram ki, "Xəzər Lənkəran" tezliklə uğursuzluq zolağından, bəxtsizlikdən qurtulub inamla yoluna davam edəcək!"

Qeyd edək ki, Premyer Liqanın IV turu başa çatdıqdan sonra bir günlük istirahətə buraxılan "Xəzər Lənkəran" komandası dünən axşamdan başlayaraq məşqlərini bərpa edib. Ehtiyat meydançada baş tutan hazırlıqda "Xəzər Lənkəran"lı futbolçular əsasən fiziki çalşmaları yerinə yetiriblər. Yüngül zədəsi olan Mbilla Etame isə fərdi qaçışla kifayətlənib. Bu gün isə komandanın gün ərzində iki dəfə məşqə çıxacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31