Roberto Karlos: “”Fənərbaxça”nı təəccübləndirəcəyik”

Türkiyə super liqasında "Konyaspor"u 2-0 məğlub edərək ikinci həftədə ilk qalibiyyətini alan "Sivasspor" həftəsonu oynayacağı "Fənərbaxça" ilə oyuna xoş əhvalla hazırlaşır. Komandanın oyuna hazırlıqları davam edir. Məşqdən sonra "Fənərbaxça" oyunu ilə bağlı açıqlama verən "Sivasspor"un baş məşqçisi Roberto Karlos "Böyük komandalara qarşı oynanan oyunlar çətin oyunlardır. Çətin bir oyun olacaq. "Fənərbaxça"nı öz neuydanında təəccübləndirə biləmk üçün əlimizdə hər bir imkan var. Bunun üçün çalışırıq. Həftəsonu "Fənərbaxça"nı öz meydanında təəccübləndirməyə gedəcəyik" deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31