Lənkəran Şəhər Stadionun rəhbəri davanın təməlinin Bakıda qoyulduğunu deyir

"Bakıda Mahir Şükürov azarkeşlərimizə qeyri-etik jest etmişdi"

"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra baş verən insidentlə bağlı rəsmi açıqlama verilib. ANS PRESS-in məlumatıma görə, cənub komandasının icraçı direktoru və Lənkəran Şəhər Stadionun rəhbəri Höccət Hacıyev Futbol11.az saytına açıqlamasında qalmaqalın təməlinin Bakıda qoyulduğunu deyib:"O vaxtkı oyunda Saşa Stemonkoviçə hakim cəza versəydi, bu gün bu hadisələr bu yerə gəlib çıxmazdı. Azarkeş böyük qüvvədir, onların qarşısını almaq olmaz. Bakıda Mahir Şükürov azarkeşlərimizə qeyri-etik jest etmişdi. Bu gün də onlar həmin jestin qarşılığını veriblər. Çox təəssüf edirəm ki, belə bir hal yaşanır. Futbola ləkə gətirən amillərdi bunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31