“Neftçi”nin prezidenti: "Nahaq yerə ana söyüşü işlətdilər”

“Ana hər millətin nümayəndəsi üçün müqəddəsdir"

"Neftçi" prezidenti Sadıq Sadıqov Lənkəranda keçirilən oyundan sonra baş verənlərdə "Neftçi" azarkeşlərini günahkar bilib."Qafqazinfo" xəbər verir ki, prezident baş verən gərginliklərdən sonra "Neftçi" azarkeşləri ilə danışıb. "Sizə bü gün bura gəlməməyiniz barədə xəbərdarlıq etmişdik. Bu gün olanlar gözlənilən idi. Nahaq gəldiniz."Daha sonra "Xəzər" azarkeşləri barədə də fikir bildirən Sadıqov onların təhqiramiz sözlərinin yolverilməz olduğunu bildirib. "Ana hər millətin nümayəndəsi üçün müqəddəsdir. Azarkeşlər nahaq yerə ana söyüşü işlətdilər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31