“Xəzər Lənkəran”ın vitse-prezidenti: "Fanatların qarşısına mən çıxdım"

Klub rəsmisi isə haqqında yayılan xəbərləri təkzib etdi

"Oyundan sonra mənə heç kim hücum etməyib". Bunu apasport.az saytına "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.Topaz Premyer Liqasının IV turunda keçirilən "Xəzər Lənkəran" - "Neftçi" görüşü qalmaqalla yekunlaşdı. Qolsuz bərabərlikdən narazı qalan azarkeşlərin qarşılaşmadan sonra Nadirova hücum etdiyi bildirilir.Klub rəsmisi isə haqqında yayılan xəbərləri təkzib edib: "Oyundan sonra azarkeşlər meydana çıxmaq istəyən zaman onların qarşısına çıxdım. Ola bilsin fanatların mənə hücum etdiyini düşünüblər. Səmimi deyirəm, kimsə mənə hücum etməyib, yayılan xəbərlər isə dezinformasiyadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31