Türkiyə yığması yenə baş məşqçisiz qaldı

Türkiyə futbol yığmasının baş məşqçisi Abdullah Avcı tutduğu vəzifədən azad olunub. Sia-nın verdiyi xəbərə görə, məşqçinin yığma rəhbərliyindən uzaqlaşdırılmasına Türkiyə millisinin dünya çempionatının təsnifat mərhələsi oyunlarında uğursuz nəticələr göstərməsi səbəb olub.
Hazırda Türkiyə millisi 6 turdan sonra 7 xal toplayaraq qrupda 4-cü yeri tutur və praktiki olaraq Braziliyada keçiriləcək çempionatda iştirak etmək şansını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31