Bu axşam İstanbulda "Fənərəbaxça"-"Arsenal" dueli olacaq!

Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Siasport.az saytı xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutacaq. Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi matç İstanbulda keçiriləcək. Belə ki, Türkiyənin "Fənərbaxça" klubu İngiltərə nəhənglərindən olan "Arsenal"ı qəbul edəcək. Bu oyuna maraq böyükdür. Digər matçlarda Şalke" (Almaniya) PAOK-u (Yunanıstan), "Dinamo" (Zaqreb, Xorvatiya) "Avstriya"nı (Avstriya), "Ludogorets" (Bolqarıstan) "Bazel"i (İsveçrə), "Styaua" (Rumıniya) isə "Legia"nı (Polşa) öz meydanında sınağa çəkəcək. Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 27 və 28-də keçiriləcək.


Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

21 avqust

23:45. Şalke" (Almaniya) - PAOK (Yunanıstan)

23:45. "Fənərbaxça" (Türkiyə) - "Arsenal" (İngiltərə)

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Avstriya" (Avstriya)

23:45. "Ludogorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə)

23:45. "Styaua" (Rumıniya) - "Legia" (Polşa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31