Raul Qonzales "Real"a qayıdır?

O, Madriddə keçmiş komanda yoldaşları və məşqçi heyəti ilə görüşüb

İspaniyanın Real Madrid klubunun əfsanəvi futbolçularından biri olan Raul Qonzales "Real Madrid"in formasında çıxış edəcək. ANS PRESS-in "Real Madrid" klubunun rəsmi saytına istinadə verdiyi xəbərə görə, avqustun 23-də Santyaqo-Bernabeuda Qətərin " Əl-Sədd" klubu ilə Madridin "Real" klubu Bakı vaxtı ilə 23:30-da üz-üzə gələcək. Xəbərə görə, bu maçda Raul hər iki komandanın heyətində çıxış edəcək(1 taym "Əl-Sədd", o biri taymda isə Real Madrid).
Qeyd edək ki, hazırda Raul Qətərin "Əl-Sədd" klubunda hücumcu pozisiyasında çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31