Fatih Terim: “Qalatasaray”ı buraxmaram

“Türk futbolu üçün canımı fəda etməyə hazıram”

Türkiyə milli yığması ilə adı hallanan Fatih Terim məsələyə münasibət bildirib: "Milli komanda ilə adımın hallanması qürurvericidir. Amma "Qalatasaray" məni buraxmadan mən "Qalatasaray"ı buraxmaram. "Qalatasaray"ı damarlarında hiss edən, hər zaman "Qalatasaray"ın yanında olan və türk futbolu üçün özünü fəda etməyə hazır olan biri kimi mediada yazılan hər bir şeyi yaxından izləyirəm. Bir daha bildirmək istəyirəm ki, "Qalatasaray" məni buraxmadan mən "Qalatasaray"ı buraxmaram (Olaylar İA)".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31