Armin Fe: Avropada oynamağı bacardığımızı sübut etməliyik

"Azərbaycana yolun uzaqlığından, təqvimin sıxlığından şikayətlənməyə haqqımız yoxdur". Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın "Ayntraxt" klubunun baş məşqçisi Armin Fe deyib.

Frankfurt təmsilçisinin çalışdırıcısı Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunu ərəfəsində qrupa düşməklə bağlı iddialı danışıb: "Ötən mövsüm Bundesliqada çıxış edəndə Avropa Liqasına vəsiqə qazanmaq istəyirdik. Bunu bacarmışıqsa, daha nədən narazı olmalıyıq. Artıq biz Avropa liqasındayıq və irəli baxmalıyıq. İndi bu turnirin qrup mərhələsinə düşmək istəyirik. Bundan sonra isə Avropada oynamağı bacardığımızı sübut etməliyik".

Qeyd edək ki, "Qarabağ"la "Ayntraxt" arasında ilk oyun sabah Bakıda, cavab oyunu isə avqustun 29-da Frankfurtda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31